12 
İyl
2017
17:54
28
163
3442
Virtual karabakh

Azərbaycanın bəzi idmançıları doppinq-testdə tutuldu - RƏSMİ

12 İyl, 2017
17:54
3442

Azərbaycanın bəzi idmançıları doppinq-testdə tutuldu - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın bəzi idmançılarından götürülmüş dopinq-testlər müsbət nəticə verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli bildirib.

Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarından sonra müxtəlif milli federasiyaların ümumilikdə 109 idmançısını əhatə edən prosesin yekununda xoşagəlməz hallar aşkarlanıb. Lakin Ş.Hüseynli idman növlərini, idmançıların adlarını və sayını hələlik açıqlamaq istəməyib. AMADA rəhbəri bu barədə yaxın vaxtlarda geniş məlumatın veriləcəyini bildirib.

Qeyd edək ki, dopinq-testlər Almaniyanın Köln şəhərindəki antidopinq laboratoriyasında analizdən keçirilib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri