13 
İyl
2017
00:30
43
180
5782
Virtual karabakh

Silahlı gömrükçülər Ronaldonun yaxtasında axtarış aparıblar

13 İyl, 2017
00:30
5782

Silahlı gömrükçülər Ronaldonun yaxtasında axtarış aparıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya gömrük xidmətinin silahlı əməkdaşları Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun yaxtasında axtarış keçiriblər. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə iyulun 12-də The Sun qəzeti məlumat yayıb.

Portuqaliyalı futbolçu ailəsi və sevgilisi Corcina Rodriqeslə birlikdə Balear adalarında istirahət edir. Axtarış zamanı Ronaldo yaxınları ilə birgə Formentera adasının sahilində restoranlardan şam edirdi.

Axtarış bir saatdan çox davam edib. Qeyd olunur ki, reyd zamanı futbolçu sakit dayanıb və gömrük əməkdaşları ilə danışmayıb. 

Ronaldonun yaxtasında axtarış aparılmasının səbəbləri məlum deyil. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri