13 
İyl
2017
15:06
129
19
6209
Virtual karabakh

“Zenit”, “Milan”, “Fənərbaxça”, “Everton” Bakıya gələ bilər - PÜŞKATMA

13 İyl, 2017
15:06
6209

“Zenit”, “Milan”, “Fənərbaxça”, “Everton” Bakıya gələ bilər - PÜŞKATMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olacaq. Söhbət Avropa Liqasında çıxış edən “Qəbələ”, “İnter” və “Zirə”dən gedir. Onların yer aldığı II təsnifat mərhələsinin cütləri də tədbirə qatılacaq.

Ümumiyyətlə, püşkatmada mübarizəyə yeni qoşulacaq 25 klub və 33 cütlük iştirak edəcək. Bu 91 komandadan artıq səbətlərə də bölünüb. Cütlüklər daha reytinqli rəqibin əmsalına əsasən səpələnib-səpələnmədiyini bilib.

Güclü “Astra”ya rəqib olan “Zirə” rumıniyalıların əmsalına görə səpələnmişlərdəndir. Bu cütlüyü nisbətən asan rəqib gözləyir. Qəsəbə klubu bu mərhələni keçsə, pley-off öncəsi də münasib rəqiblə qarşılaşmaq imkanına malikdir.

“Qəbələ” – “Yagelloniya” və “İnter” – “Fola” duellərində isə Azərbaycan təmsilçisinin reytinqi daha yüksəkdir. Lakin bu əmsal onların püşkdə səpələnmiş olmasına imkan vermir. Çünki güclülərin arasında mübarizə yeni qoşulacaq komandalar arasında adlı-sanlı, sanballı klublar da yer alıb və onların əmsalı yüksəkdir. 

“Qəbələ”ylə “İnter”in mümkün rəqibləri arasında II təsnifat mərhələsinin iştirakçısı olan “Qalatasaray”dan başqa “Zenit”, “Milan”, “Fənərbaxça”, “Everton”, artıq bir dəfə ölkəmizə gələn “Atletik” kimi nəhənglər də var.
 
Avropa Liqası
III təsnifat mərhələsi

 
Səpələnmişlər
“Zenit” (Rusiya)
“Atletik” (İspaniya)
“Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə) cütünün qalibi
“Fənərbaxça” (Türkiyə)
“Sparta” (Çexiya)
“Milan” (İtaliya)
PSV (Hollandiya)
“Braqa” (Portuqaliya)
“Gent” (Belçika)
PAOK (Yunanıstan)
“Krasnodar” (Rusiya)
“Bordo” (Fransa)
“Everton” (İngiltərə)
“Marsel” (Fransa)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Reykyavik” (İslandiya) cütünün qalibi
“Frayburq” (Almaniya)
“Astra” (Rumıniya) - “Zirə” (Azərbaycan) cütünün qalibi
“Austriya” (Avstriya)
“Ferensvaroş” (Macarıstan) - “Midtyulland” (Danimarka) cütünün qalibi
“Panatinaikos” (Yunanıstan)
“Maritimo” (Portuqaliya)
“Syon” (İsveçrə)
“Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan) cütünün qalibi
“Rabotniçki” (Makedoniya) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Hoqesund” (Norveç) - “Lex” (Polşa) cütünün qalibi
“Apollon” (Kipr) - “Zarya” (Moldova) cütünün qalibi
“Şkendiya” (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) - “Mlada Boleslav” (Çexiya) cütünün qalibi
 
Səpələnməmişlər
“Jelezniçar” (Bosniya və Herseqovina) - AİK (İsveç) cütünün qalibi
“Aleksandriya” (Ukrayna)
“Osiyek” (Xorvatiya) - “Lütsern” (İsveçrə) cütünün qalibi
“Brondbü” (Danimarka) - “Vaasa” (Finlandiya) cütünün qalibi
“Kalyu” (Estoniya) - “Videoton” (Macarıstan) cütünün qalibi
“Olimpik” (Ukrayna)
“Ostende” (Belçika)
“Proqres” (Lüksemburq) - AEL (Kipr) cütünün qalibi
“Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa) cütünün qalibi
“Slovan” (Slovakiya) - “Lyunqbyu” (Danimarka) cütünün qalibi
“İrtış” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Trençin” (Slovakiya) - “Bney Yehuda” (İsrail) cütünün qalibi
“Kayrat” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya) cütünün qalibi
“Aberdin” (Şotlandiya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) cütünün qalibi
“Valletta” (Malta) - “Utrext” (Hollandiya) cütünün qalibi
“Altax” (Avstriya) - “Dinamo” (Brest, Belarus) cütünün qalibi
“Şturm” (Avstriya) - “Mladost” (Monteneqro) cütünün qalibi
“Dinamo” (Buxarest, Rumıniya)
“Kork Siti” (İrlandiya) - AEK (Kipr) cütünün qalibi
“İnter” (Azərbaycan) - “Fola” (Lüksemburq) cütünün qalibi
“Beytar” (İsrail) - “Botev” (Bolqarıstan) cütünün qalibi
“Vaduts” (Lixtenşteyn) - “Odd” (Norveç) cütünün qalibi
“Panionios” (Yunanıstan) - “Qoritsa” (Sloveniya) cütünün qalibi
“Norçepinq” (İsveç) - “Trakay” (Litva) cütünün qalibi
“Universtatya” (Krayova, Rumıniya)
“Valyur” (İslandiya) - “Domjale” (Sloveniya) cütünün qalibi
“Arka” (Polşa)
“Rujomberok” (Slovakiya) - “Brann” (Norveç) cütünün qalibi
“Liepaya” (Latviya) - “Suduva” (Litva) cütünün qalibi

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri