“Milan” və “Fənərbaxça” klublarımıza rəqib ola bilər
“Milan” və “Fənərbaxça” klublarımıza rəqib ola bilər
Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimindəki mümkün rəqiblərinin sayı azaldılıb.
Oxu.Az report.az-a xəbər verir ki, "Zirə" - "Astra" (Rumıniya) cütü səpələnmişlər, "İnter" - "Fola Eş" (Lüksemburq) və "Qəbələ" - "Yagelloniya" (Polşa) cütləri əpələnməmişlər səbətində yer alıb.
"Qəbələ" Polşa "Yagelloniya"sını keçsə, PSV (Hollandiya), "Fənərbağça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Şkendiya" (Makedoniya) / HİK (Finlandiya) cütünün qalibi (ilk oyunda "Şkendiya" evdə 3:1 hesablı qələbə qazanıb), "Panatinaikos" (Yunanıstan) ilə qarşılaşacaq.
"İnter" Lüksemburq "Fola "Eş"ini üstələsə, bu komandalardan biri ilə qarşıılaşacaq:
1. "Ostersun" (İsveç) / "Qalatasaray" (Türkiyə) cütünün qalibi (İlk oyun - 2:0)
2. "Milan" (İtaliya)
3. "Bordo" (Fransa)
4. "Makkabi" (Təl-Əviv, İsrail) / "Reykyavik" (İslandiya) cütünün qalibi (İlk oyun - 3:1)
5. "Hayduk" (Split, Xorvatiya) / "Levski" (Sofiya, Bolqarıstan) (İlk oyun - 1:0)
6. "Hoqesund" (Norveç) / "Lex" (Poznan, Polşa) cütünün qalibi (İlk oyun - 3:2)
"Zirə" Rumıniya "Astra"sını üstələsə, bu komandalardan biri ilə qarşılaşacaq:
1. "İrtış" (Pavlodar, Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün qalibi (İlk oyun - 1:1)
2. "Aleksandriya" (Ukrayna)
3. "Altax" (Avstriya) - "Dinamo" (Brest, Belarus) (İlk oyun - 1:1)
4. "Aberdin" (Şotlandiya) / "Şiroki Briyeq" (Bosniya və Herseqovina) cütünün qalibi (İlk oyun - 1:1)
4. "Rujomberok" (Slovakiya) / "Brann" (Norveç) cütünün qalibi (İlk oyun - 0:1)
5. "Beytar (Yerusəlim, İsrail) / "Botev" (Plovdiv, Bolqarıstan) (İlk oyun - 1:1)
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.