15 
İyl
2017
01:26
49
173
4225
Virtual karabakh

Sneyder “Qalatasaray”la yollarını ayırıb

15 İyl, 2017
01:26
4225

Sneyder “Qalatasaray”la yollarını ayırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollandiyalı yarımmüdafiəçi Uesli Sneyder Türkiyənin “Qalatasaray” klubu ilə yollarını ayırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat verilir.

Bildirilir ki, futbolçunun klubla müqaviləsinin müddəti 2018-ci ilin yayında bitirdi, lakin Sneyder komandadan 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 milyon avrodan imtina edib.

Sneyder həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubda çıxış edə bilməyəcək, əks halda o, 20 milyon avro təzminat ödəməli olacaq.

33 yaşlı futbolçu 2013-cü ilin yanvarından “Qalatasaray”da çıxış edirdi. İki dəfə Türkiyə çempionu olub, bir dəfə ölkə Kuboku və bir dəfə Superkubokun qalibi olub. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri