17 
İyl
2017
12:49
47
370
23606
Virtual karabakh

Azərbaycanlı dünya çempionu ətrafında qalmaqal – YENİLƏNİB

17 İyl, 2017
12:49
23606

Azərbaycanlı dünya çempionu ətrafında qalmaqal – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava saldığına dair xəbərlərə münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, 26 yaşlı idmançı Report-a açıqlamasında Bakıda “Sahil” metro stansiyası yaxınlığındakı “26 land”da bir xanımla mübahisə etdiyini təsdiqləyib.

Lakin o, heç kimi döymədiyini iddia edib: “Mən gecə klubunda çox oturmamışam. Sadəcə, ora o qıza sözümü demək üçün girmişdim. Elə alındı ki, məsələ mübahisəyə çevrildi. Amma heç bir döyülmə olmayıb”.

Məmişzadə mübahisənin səbəbləri barədə də danışmaq istəməyib. Titullu boksçu son zamanlar idmançı rejimini gözləmədiyinə və intizamı pozduğuna dair söz-söhbətlərə də münasibət bildirib: 

“Bir müddət idi zədəli idim. Buna görə də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında vuruşmadım. Hələ formaya düşmədiyimdən, Avropa çempionatında nəticə verə bilmədim. 1/4 finaladək irəliləyə bilmədiyimdən, dünya çempionatında da iştirak etməyəcəyəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarıdır”.

Məmişzadənin şəxsi məşqçisi Elbrus Rzayev də məsələnin şişirdildiyini söyləyib. Bununla yanaşı, o, idmançının davranışından narazılığını gizlətməyib: “Elvin içən deyil. Qəlyan çəkib-çəkmədiyini bilmirəm. Kim nə edirsə, özünə edir. Ona deyilib ki, belə olmaz”.

Qeyd edək ki, 52 kq çəki dərəcəsində yer alan Elvin Məmişzadə 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında və Qətərdə təşkil olunmuş dünya çempionatında qızıl, Avropa çempionatlarında gümüş (2010) və bürünc (2013) medal qazanıb.

12:00

Adının açıqlanmasını istəməyən zərərçəkən xanım hadisəni təsdiqləyib.

Oxu.Az Yenicag.az-a istinadən xəbər verir ki, o, hadisənin təfərrüatını belə izah edib: “Mənə, sadəcə, şillə dəyib. “26club”da oturanda başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq.

Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”

11:11

Gecə klubunda dava saldığı deyilən tanınmış bokçumuz Elvin Məmişzadə xəbəri təkzib edib.

Oxu.Az-ın ölke.az-a istinadən xəbərinə görə, idmançı gecə klubunda dava salmadığını deyib: “Ümumiyyətlə, gecə klubuna getmirəm. Bilmirəm, xəbəri kim yayıb. Ancaq heç kimlə düşmənçiliyim yoxdur”. 

09:13

Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava salıb.

Oxu.Az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin “26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb.

Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.

Qeyd edək ki, Məmişzadə, eyni zamanda, I Avropa Oyunlarının qızıl medalçısıdır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri