17 
İyl
2017
10:52
104
14
3679
Virtual karabakh

Millimizin daha bir üzvü Avstriya klubunda

17 İyl, 2017
10:52
3679

Millimizin daha bir üzvü Avstriya klubunda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin və U-21 millimizin üzvü Elvin Bədəlovu heyətinə qatan Avstriyanın “Qarabağ” klubu daha bir azərbaycanlı futbolçu ilə güclənib.

Oxu.Az fanat.az-a istinadən bildirir ki, Vyana təmsilçisi Ukraynanın “Dnepr” klubundan Dmitri Nağıyevi heyətinə qatıb.

21 yaşlı yarımmüdafiəçi 2012-ci ildən “Dnepr”in formasını geyinirdi. Dmitri Nağıyev 2015-ci ildən 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətinə cəlb olunur.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyananı təmsil edən komanda 2014-cü ildə yaradılıb və sürətli inkişaf yolu keçib. 2015/16 mövsümündə 2-ci Landesliqanın və Vyana kubokunun qalibi olan “Qarabağ” ötən mövsümü 1-ci Landesliqanın çempionu kimi tamamlayıb. 2017/18 mövsümündə komanda Regional Liqanın Şərq zonasında çıxış edəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri