17 
İyl
2017
16:42
359
21
5356
Virtual karabakh

Ramil Quliyev: Azərbaycanda özüm üçün perspektiv görmürdüm

17 İyl, 2017
16:42
5356

Ramil Quliyev: Azərbaycanda özüm üçün perspektiv görmürdüm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda özüm üçün perspektiv görmürdüm. Ev olsa da, özünü realizə etmək lazım idi, ona görə də nəyisə qurban verməli idim. 

Oxu.Az xəbər verir ki, bu barədə AÇ-2016-nın bürünc mükafatçısı, azərbaycan əsilli türk idmançısı, sprinter, 60,100 və 200 metr məsafələrə qaçış üzrə Azərbaycan və Türkiyə rekordçusu Ramil Quliyev sports.ru saytına verdiyi müsahibəsində danışıb.    

R.Quliyev qeyd edib ki, Azərbaycan onun transferi üçün Türkiyədən pul da almadı. 

“2008 və 2009-cu illərdə Olimpiada və DÇ-da Azərbaycan üçün çıxış etdim. Qışda məşqlər soyuq manejdə, yayda isə səthi bərbad olan stadionda keçirdi. Mən çalışırdım, üzərimdə işləyirdim – başqa yolum yox idi. Həm də o dövrdə nə iləsə razılaşmaq olardı: 18-19 yaşından məşq edirsən, şərtlər haqqında düşünmürsən. İndi isə bu, yolverilməzdir.   

Mən, əlbəttə ki, vəsait və şərtlərin yaxşılaşdırılması üçün çalışırdım, amma federasiya bunu alqışlamadı. 2010-cu ildə Azərbaycan vətəndaşı olduğum halda “Fənərbaxça” klubu ilə bir illik müqavilə bağladım. Azərbaycanın bir çox sabiq idmançıları Türkiyədədir, onlardan biri mənə yardım etdi. 

Təbii ki, Azərbaycan tərəfi bunu bəyənmədi. Onlar çox şey dedilər: satıldığımı, ulduz xətəliyinə tutulduğumuu, idmançı kimi artıq tükəndiyimi və s. Vecimə də deyil. Haradasa Türkiyənin mənə 10 dəfə artıq məvacib təklif etdiyi də yazılmışdı. Azərbaycanda məvacibimin nə qədər olduğunu bilsəydilər, məbləği nəinki ona, hətta minə də vura bilərdilər. 

Düşünürəm ki, Federasiya (Azərbaycan Yüngül Atletika Federasiyası - red.) idmançını saxlamaq istədiyi halda üsullar axtarır. Azərbaycanda yol axtarılmadı.

Azərbaycanı tərk etməli oldum – federasiya nə təqaüd, nə məşqlərlə yardım etdi. Orada elə indi də eyni vəziyyətdir. 

Azərbaycan mənim transferim üçün Türkiyədən pul da almadı. Onlar mənim o ölkə üçün çıxış etməyəcəyimi dedilər. Mən isə “Yaxşı, bu sizin qərarınızdır” dedim. Bununla da söhbət bitdi. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri