28 
İyl
2017
15:07
409
70
17467
Virtual karabakh

Bakıda tanınmış güləşçilər etiraz edirlər – VİDEO + FOTO

28 İyl, 2017
15:07
17467

Bakıda tanınmış güləşçilər etiraz edirlər – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda güləşçilərimiz etiraz aksiyası keçirib.

Oxu.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, tanınmış olimpiya çempionları, idmançılar Güləş Federasiyasının qarşısına toplaşıblar. 

Onlar Güləş Federasiyasının idmançılara qarşı biganəliyindən şikayət ediblər. Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz şəraitsizlikdən də şikayət ediblər.

Dünya çempionu Rəsul Çunayev 15 aydır ki, maaş ala bilmədiklərini və dünya çempionatına 3 ay qalmasına baxmayaraq, şəraitsizlikdən hazırlaşa bilmədiklərini söyləyib: “Bizim işimiz çıxıb güləşməkdir. Bizdən qalibiyyət gözləyirlər. Axı biz bu şəraitdə necə qalib olaq? 15 aydır ki, maaş ala bilmirik. Bir müddət öncə zədələnmişdim. Gözlədim ki, əməliyyat edərlər. Etmədilər. Özüm xərc çəkib Türkiyədə əməliyyat olundum”. 

Tanınmış idmançı Hacı Əliyev də etiraz edənlər arasında olub. O da idmançıların ölkədən məcburiyyətdən getdiklərini deyib:

"Bu gün bura çıxmağa məcbur qaldıq. Aramızda maaş ala bilmədiyi üçün moykada işə düzələn idmançılar var. Riodan qayıdanlar hələ də mükafatlarını ala bilməyiblər. Nə həkim yoxlanışından keçə bilirik, nə də idman zallarımız normaldır. Çox pis vəziyyətdəyik”.

Etiraz edənlər arasında olimpiya çempionu Toğrul Əsgərov da olub. Bir müddət öncə Türkmənistan milli komandasından təklif aldığını etiraf edən T.Əsgərov maaşlarını ala bilmədikləri üçün federasiya rəhbərliyindən şikayət edib. 

Qeyd edək ki, Güləş Federasiyanının rəhbəri Vergilər Naziri Fazil Məmmədovdur. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri