Avq
2017
14:20
162
15
2833
Virtual karabakh

Arda Türkiyə millisinə qayıdır

Futbol üzrə Türkiyə milli komandasındakı karyerasını başa vuran Arda Turan qərarını dəyişib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, İspaniya təmsilçisi “Barselona”nın formasını geyinən 30 yaşlı yarımmüdafiəçi yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə görüşdən sonra bu addımı atıb.

Bildirilir ki, rumıniyalı baş məşqçi dünən İspaniyada baş tutan “Barselona” -“Şapokeonse” görüşündən əvvəl A.Turanla bir araya gələrək onu milliyə dönməyə razı salıb.

Qeyd edək ki, A.Turan iyunun 6-da təşkil etdiyi mətbuat konfransında yığma karyerasını başa vurduğunu açıqlamışdı. O, idman yazarı Bilal Meşeyə hücum etməsindən sonra yaranan qalmaqal səbəbi ilə bu cür qərar qəbul edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri