Avq
2017
23:26
25
231
11101
Virtual karabakh

“Qarabağ”ın 800 minlik futbolçusu sıradan çıxdı

9 Avq, 2017
23:26
11101

“Qarabağ”ın 800 minlik futbolçusu sıradan çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” klubunun yeni transferlərindən olan Donald Gerye zədələnib.

Oxu.Az-ın Fanat.az-a istinadən məlumatına görə, zədə alan Haiti yığmasının üzvü böyük ehtimalla Premyer Liqanın ilk turunda “Neftçi”yə qarşı oynamayacaq. 

Onun avqustun 15-də Çempionlar Liqasında “Kopenhagen”ə qarşı forma geyinib-geyinməyəcəyi hələ bilinmir.

Qeyd edək ki, Donald Gerye bu yay “Alanyaspor”dan “Qarabağ”a keçib. “Transfermarkt”ın 800 min avro qiymət qoyduğu haitili yarımmüdafiəçi Çempionlar Liqasında keçirdiyi 4 oyunda 2 qol vurub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri