10 
Avq
2017
17:23
75
24
3249
Virtual karabakh

Velosiped İdmanı Federasiyası sürücülərə müraciət edib

10 Avq, 2017
17:23
3249

Velosiped İdmanı Federasiyası sürücülərə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) yığmanın sabiq üzvü Akif Abdullayevin avqustun 8-də velosipedlə hərəkət edərkən avtomobillə vurularaq dünyasını dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib.

Oxu.Az-ın məlumatına görə, qurumun rəsmi saytında yer alan açıqlamada bildirilir ki, sürücülərin ehtiyatsız davranışı bu cür hadisələrə səbəb olur: “Yollarda velosipedçilərin hərəkəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Qanunda yolda hərəkət edən avtomobillərin və velosipedçilərin vəzifələrinin (Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri / Maddə 38. Velosipedçinin vəzifələri) açıq şəkildə göstərilməsinə baxmayaraq, əksər hallarda avtomobil sürücülərinin ehtiyatsız davranışı bu cür faciəvi hadisələrə gətirib çıxarır. Bununla əlaqədar olaraq, AVİF mexaniki nəqliyyat vasitəsi sürücülərindən “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn tələblərə riayət etməyi, onlara nəqliyyatın tərkib hissəsi olan velosipedçilərə qarşı daha diqqətli olmağı xahiş edir”.

Qeyd edək ki, avqustun 8-də, saat 22:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi “BMW” markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri