11 
Avq
2017
02:28
154
27
8781
Virtual karabakh

Arda Turan son qərarını verdi – FOTO

11 Avq, 2017
02:28
8781

Arda Turan son qərarını verdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli futbolçu Arda Turan milli komandaya geri döndüyünü açıqlayıb.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu qərarını sosial şəbəkədə elan edib.

6 iyunda milli karyerasını bitirdiyini açıqlayan 30 yaşlı futbolçu, qərarının dəyişməsində yeni baş məşqçi Mirçea Luçeskunun rolu olduğunu bildirib.

A.Turan yenidən şans veriləcəyi təqdirdə yenidən milli komandanın formasını geyinməkdən qürur hissi keçirəcəyini vurğulayıb.

Xatırladaq ki, Arda Turan jurnalist Bilal Meşeyə hücum etdiyi üçün heyətdən uzaqlaşdırılmış, ardınca isə futbolçu milli karyerasını bitirdiyini açıqlamışdı.

2 gün öncə isə Luçesku Turanla görüşərək onun milli komandaya qayıtmasını istəmişdi. Bir neçə saat öncə isə Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Dəmirörən də mətbuat konfransında “Arda Turana qapımız açıqdır” açıqlamasını vermişdi.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri