11 
Avq
2017
12:32
478
27
8548
Virtual karabakh

Arda Turan: Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı – FOTO

"Barselona" klubunun ulduz futbolçusu Arda Turan azərbaycanlı idmançı Ramil Quliyevi Dünya Çempionu olması münasibətilə təbrik edib. 

Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Arda Turan sosial şəbəkə "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı" yazıb". 

O, Ramil Quliyevin şəklini paylaşaraq idmançının rəsmi səhifəsini qeyd edib. 

Türkiyəni təmsil edən azərbaycanlı idmançının Londonda keçirilən Dünya Çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal alması mühüm hadisələrdən biri hesab olunur. Belə ki, çox nadir hallarda ağ adam 200 metr məsafəyə qaçışda uğur qazanır. 

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri