11 
Avq
2017
19:54
61
228
7106
Virtual karabakh

Azərbaycanda federasiyanın ofisi bağlanıb – PUL YOXDUR

11 Avq, 2017
19:54
7106

Azərbaycanda federasiyanın ofisi bağlanıb – PUL YOXDUR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi bağlanıb. 

Oxu.Az-ın prosport.az-a istinadən xəbərinə görə, bunu federasiyanın vitse-prezidenti Yaşar Məmmədov deyib.

O bildirib ki, federasiyanın prezidenti Nazim İbrahimovun iki ildən çox müddətdə maaşları verməməsinə görə, ofisi avqustun 1-dən bağlamalı olub. 

Məmmədovun sözlərinə əsasən, artıq onun öz cibindən federasiya işçilərinə və kommunal xərclərə verəcəyi pul yoxdur. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimovun isə sentyabrın 1-dək məzuniyyətdə olacağı bildirilir.

Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsindən məsələyə münasibət bildirilərkən qeyd ediblər ki, sentyabr ayına qədər gözləmək lazımdır. 

Nazim İbrahimovla görüşdən sonra, məsələyə aydınlıq gətiriləcəyi gözlənilir. 

“Ancaq əvvəllər də belə deyildiyini nəzərə alsaq, bu federasiyada “köhnə hamam, köhnə tas”ın davam edəcəyi gün kimi aydındır”, - Y.Məmmədov bildirib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri