Sen
2017
18:06
142
21
5706
Virtual karabakh

“Çelsi” “Qarabağ” azarkeşləri üçün nəzərdə tutulan sektorun biletlərini satışa çıxardı

6 Sen, 2017
18:06
5706

“Çelsi” “Qarabağ” azarkeşləri üçün nəzərdə tutulan sektorun biletlərini satışa çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində İngiltərənin “Çelsi” və Azərbaycanın “Qarabağ” komandaları arasında Londonda keçiriləcək oyun üçün nəzərdə tutulan biletlər satılıb.

Oxu.Az-ın məlumatına görə, Report London klubunun rəsmi saytına istinadən xəbər verir ki, meydan sahibləri Ağdam təmsilçisinin azarkeşlərinə ayrılan sektora da biletləri satışa çıxarıb. Həmin biletlər 4 kateqoriyaya ayrılıb. 

Lakin qiyməti 495 funt sterlinq olan (ƏDV xaric) “Platinum” paketlər artıq tükənib. Əvəzində 395 funt sterlinqə “Gold”, 295 funt sterlinqə “Silver” və 195 funt sterlinqə “Zola” kateqoriyalı biletləri əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 12-də 41,631 tutuma malik “Stemford Bric” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri