Sen
2017
21:20
244
19
7938
Virtual karabakh

“Kəpəz”in 65 metrdən qol vuran futbolçusu: Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım

9 Sen, 2017
21:20
7938

“Kəpəz”in 65 metrdən qol vuran futbolçusu: Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında “İnter”ə 2:3 hesabı ilə məğlub olan “Kəpəz”in futbolçusu Kərim Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 65 metrdən vurduğu qolu da şərh edib.

-Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz...

- Oyuna pis başladıq. Gözləmədiyimiz halda, ilk 32 dəqiqədən sonra 0:3 hesabı ilə geri düşdük. Standart vəziyyətlərdən sadə qollar buraxdıq. Sonra toparlanmağı bacardıq, 2 qol vurduq. İkinci hissədə tempi artırmalıydıq, amma bacarmadıq. Geri dönüş edə bilmədik.

-Məğlub olsanız da, 65 metrdən gözəl qol vurdunuz...

- Oyun başlayandan fikri verirdim ki, rəqib qapıçı Orxan Sadıqlı çox irəli çıxır. Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım. Vurdum, qol oldu.

-Bu qol sizə əlavə motivasiya verəcək?

- Belə qollar tez-tez olmur. Qəbul etmək lazımdır, hər oyun vursam, girməz. İldə bir dəfə olan qoldur. Niyyətim qapı idi. Çünki tez-tez qabağa çıxdığını görürdüm. Anı gözləyirdim.

-Bildiyimiz qədər məşqlərdə də bu cür zərbələr vurursunuz...

- Pis çıxmasın, normal zərbəm var. Çalışıram vuram. Bu gün alındı.

-Məşqlər zamanı öz qapıçınıza belə qol vurmusunuz?

- Bu məsafədən vurmamışam.

-Bütün standart vəziyyətlərdə qapıya zərbə endirirdiniz. Bu, Sadıqlının boyunun balaca olması ilə əlaqədardır?

- Komandaya xeyir verəcək zərbə vurmağa çalışırdım.

-Bu, mövsümün qolu ola bilər?

- Hələlik danışmaq tezdir. Qarşıda 24 tur var.

-Daha sonra cərimə zərbəsindən də qapını nişan aldınız. Bu, qolun verdiyi inam idi?

- Belə də demək olar. Qoldan sonra inam gəlmişdi. O da pis alınmadı, təhlükəli oldu.

-Fasilədən sonra baş məşqçi bu cür zərbələri təkrarlamağınıza dair göstəriş verdi?

- Nəinki bu oyunda, bütün matçlara uzaqdan zərbə vurmağı tapşırır. Düzdür, bu məsafədən söyləmir. Deyir ki, nisbətən yaxından qapını yoxla.

-Dörd turdan sonra 1 xalınız var...

- Vəziyyət yaxşı deyil. Oyun sarıdan problemimiz yoxdur. Üstün oynadıq. Sadəcə, qol vəziyyətlərindən istifadə edə bilmədik. Həmçinin sürəti artırmağı bacarmadıq. İnşallah, düzələcək, yaxşı olacaq.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri