11 
Sen
2017
22:47
445
22
4201
Virtual karabakh

Qurban Qurbanov: Hücum etməkdən çəkinməyəcəyik

11 Sen, 2017
22:47
4201

Qurban Qurbanov: Hücum etməkdən çəkinməyəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. 

Oxu.Az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafiəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir”, - baş məqşçi bildirib. 

Q.Qurbanov qeyd edib ki, Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. “Çelsi”nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri