12 
Sen
2017
15:31
88
39
1684
Virtual karabakh

Avropa Gimnastika İttifaqının prezidenti azərbaycanlı ola bilər

12 Sen, 2017
15:31
1684

Avropa Gimnastika İttifaqının prezidenti azərbaycanlı ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, idman funksioneri bu postda iki namizəddən biridir. Hazırda UEG-nin vitse-prezidenti olan F.Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolardır. O, həm də Sloveniya Gimnastika Federasiyasının baş katibidir.

UEG prezidentliyinə namizədliyin irəli sürülməsi üçün son tarix 1 sentyabr 2017-ci il olub. Təşkilatın İcraiyyə Komitəsi artıq yekun siyahını təsdiqləyib. 2009-cu ildən quruma rəhbərlik edən fransalı Jorj Gelzek öz istəyi ilə postunu tərk etməyə qərar verib.

Qeyd edək ki, səsvermə dekabrın 2-də, UEG-in Xorvatiyanın Split şəhərində keçiriləcək 27-ci Konqresində baş tutacaq. Quruma üzv olan 50 federasiya səs hüququna malikdirlər.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri