22 
Sen
2017
21:30
261
22
3328
Virtual karabakh

Avro-2017: Millimiz macarları darmadağın etdi – FOTO

22 Sen, 2017
21:30
3328

Avro-2017: Millimiz macarları darmadağın etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün qadın voleybolçular arasında Avro-2017-yə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirəcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstan millisini sınağa çəkib. Görüşdə favorit hesab olunan voleybolçularımız ümidləri doğrulda biliblər. Komandamız 3:0 hesablı qələbəyə sevinib.

İlk setdə uzun müddət geridə olan komandamız sonradan toparlanaraq hissəni qələbə ilə başa vurub. Rəqibin gücü isə bundan sonra tükənib. Digər iki setdə rahat oynayan və asan qalib gələn millimiz yekunda darmadağına imza atıb.

Qeyd edək ki, qrupumuzun digər görüşündə Polşa Almaniya ilə üz-üzə gələcək.

Avro-2017

Qrup mərhələsi

A qrupu

I tur

Macarıstan – Azərbaycan - 0:3 (23:25, 14:25, 16:25)

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri