Okt
2017
21:47
63
320
12586
Virtual karabakh

Azərbaycan yığmasından növbəti uğursuzluq – VİDEO + FOTO

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Çexiya yığmasını qəbul edib.

Oxu.Az-ın xəbərinə görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 35-ci dəqiqədə Yan Kopiç açıb. İkinci hissənin əvvəllərində hakim Çexiyanın qapısına 11 metrlik zərbə təyin edib. Əfran İsmayılov hədəfdən yayınmayıb. 66-cı dəqiqədə isə Antonin Barak Çexiyanın qələbə qolunu vurub.

Bu nəticədən sonra hesabında 10 xal olan Azərbaycan yığması C qrupunda 4-cü yerdə qərarlaşıb. Çexiya millisi isə xallarının sayını 12-yə çatdıraraq 3-cü pilləyə yüksəlib.

Millimiz sonuncu oyunu oktyabrın 8-də səfərdə Almaniya komandasına qarşı keçirəcək.

Seymur Baxşev
Foto: Ehtiram Cəbi

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri