10 
Okt
2017
01:22
74
25
6434
Virtual karabakh

DÇ-2018: Daha iki ölkə Rusiyada keçiriləcək mundiala adını yazdırdı

10 Okt, 2017
01:22
6434

DÇ-2018: Daha iki ölkə Rusiyada keçiriləcək mundiala adını yazdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində G qrupunda yer İsrail yığması sonuncu, 10-cu turda doğma meydanda İspaniya millisini qəbul edib. 

Oxu.Az-ın xəbərinə görə, “Teddi” stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, vaxtından əvvəl DÇ-2018-ə vəsiqəni təmin edən ispanlar qrupda keçirdikləri 10 oyundan 9-da qələbə qazanıblar və yalnız bir dəfə heç-heçə oynayıblar.

Bu qrupun digər oyununda İtaliya millisi səfərdə Albaniya komandasına minimal hesabla qalib gəlib. Matçda yeganə qolu Antonio Kandreva vurub. Qrup ikincisi olan italyanlar pley-off mərhələsində güclərini sınayacaqlar.

G qrupunun daha bir oyununda isə Makedoniya yığması doğma meydanda Lixtenşteyni 4:0 hesabı ilə darmadağın edib.

D qrupunda doğma meydanda Gürcüstan komandasını məğlub edən Serbiya yığması dünya çempionatına vəsiqə qazanıb. Qarşılaşmada yeganə qolu 75-ci dəqiqədə Aleksandr Priyoviç vurub.

Paralel keçirilən görüşdə Uels millisi əsas ulduzu Qaret Beylin yoxluğunda doğma meydanda İrlandiya komandasına 0:1 hesabı ilə uduzub. 57-ci dəqiqədə Ceyms Makklin vurduğu qol sayəsində irlandlar qrupda ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıblar.

Qrupun üçüncü oyununda Avstriya millisi Luis Şaubanın vurduğu qol sayəsində səfərdə Moldova komandasına minimal hesabla qalib gəlib.

I qrupunda Ukrayna millisi Xorvatiyaya uduzub. Kiyevdə keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

62-ci dəqiqədə Luka Modriçin ötürməsindən sonra Andrey Kramariç hesabı açıb. Səkkiz dəqiqə sonra Kramariç dubla imza ataraq Xorvatiya yığmasının pley-off mərhələsində iştirakını təmin edib.

Digər oyunlarında İslandiya Kosovonu məğlub edərək (2:0) qrup birincisi olub, Türkiyə isə səfərdə Finlandiya ilə 2:2 hesablı bərabərliyə qalıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri