13 
Okt
2017
10:44
47
23
1596
Virtual karabakh

Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlandı

13 Okt, 2017
10:44
1596

Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan idmançıları 2017-ci ilin ilk 9 ayı ərzində beynəlxalq yarışlarda 584 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, medallardan 193-ü qızıl, 186-sı gümüş, 205-i bürünc olub. Medallar dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında, həmçinin "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları və Tayvanın Taypey şəhərində keçirilmiş 29-cu Ümumdünya Yay Universiadasında əldə olunub.

Bundan başqa, hesabat dövründə Azərbaycanda 28 beynəlxalq yarış keçirilib, 169 beynəlxalq yarışda isə ölkənin yığma komandalarının iştirakı təmin olunub.

Qeyd edək ki, Azərbaycan idmançıları İslamiadada 162, Universiadada 8 medal qazanıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri