15 
Noy
2017
02:31
131
27
10132
Virtual karabakh

DÇ-2018: Danimarka mundiala darmadağınla gedir – VİDEO

15 Noy, 2017
02:31
10132

DÇ-2018: Danimarka mundiala darmadağınla gedir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə 2018-ci il dünya çempionatına Avropa zonasından vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, Danimarka səfərdə İrlandiya komandasını 5:1 hesabı ilə darmadağın edərək adını mundiala yazdırıb.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatmışdı.

Qarşılaşmada hesabı 6-cı dəqiqədə irlandlar açıblar. Daffi adını tabloya yazdırıb.  29-cu dəqiqədə Andreas Kristensen oyunda tarazlığı bərpa edib. Daha sonra isə səhnəyə “Tottenhem”in gənc ulduzu Kristian Eriksen çıxıb. 32, 63 və 74-cü dəqiqələrdə fərqlənən K.Eriksen het-trikə imza atıb. Qarşılaşmada son nöqtəni isə 90-cı dəqiqədə penaltidən Nikolas Bendtner qoyub. 

Bununla da, Danimarka millisi tarixində 5-ci dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri