17 
Noy
2017
01:50
221
77
5754
Virtual karabakh

Xorvatiyalı futbolçu Azərbaycan vətəndaşı olmaq istəyir

17 Noy, 2017
01:50
5754

Xorvatiyalı futbolçu Azərbaycan vətəndaşı olmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ”nin futbolçusu Fİlip Ozobiç Xorvatiya mətbuatına açıqlama verib.

Oxu.Az Sportal-a istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Azərbaycan vətəndaşlığı alaraq millimizdə oynamaq ehtimalının olduğunu deyib:

“Yayda müqaviləm başa çatacaq. Komandamdan çox məmnunam. Müqaviləni artırmaq üçün danışıqlara başlamışıq. İnanıram ki, “Qəbələ”də qalacağam. 5 il burda qalsam, Azərbaycan vətəndaşı olmaq və buranın yığmasında oynamaq hüququm var. Artıq 2 il burda qalmışam. 3 il də burda qalmağa etiraz etmirəm. Burada əla şərait var. Klubumuz daha çox Bakıda olur. Bakı isə mənə kiçik Dubayı xatırladır. Neft paytaxtdan çıxarılır. Bakıda “Formula 1” yarışı da keçirilir. Qəbələyə oyundan 1 gün əvvəl gedirik. “Qəbələ”nin elə şəraiti var ki, Xorvatiyada belə bir komanda yoxdur. Klubun sahibi bizə jest etdi, Bakıda qalmaq Qəbələyə nisbətən rahatdır”.

Filip Ozobiç Azərbaycan və Xorvatiya çempionatlarını müqayisə etməklə yanaşı, Robert Prosineçkinin millimizdəki işindən də danışıb:

“Azərbaycan çempionatı Xorvatiyadan bir az geri qalır. Premyer Liqada yaxşı oyunçular var. “Qəbələ” və “Qarabağ” daha səviyyəli komandalardır. “Qarabağ”la “Qəbələ” “Hayduk”la “Dinamo” (Zaqreb) kimidir. Azərbaycan millisində çalışan Robert Prosineçki isə həqiqətən də yaxşı işlər gördü. Onu millidə saxlamaq istəyirdilər, çünki ortaya yaxşı iş qoymuşdu. Onu da deyim ki, Xorvatiya çempionatı Azərbaycanda yayımlanırdı (gülür). Buna inanmağım gəlmirdi”.

Xanımı Neveslə Azərbaycanda yaşayan Ozobiç paytaxtdakı tıxacdan da bəhs edib:

“Bura asanlıqla öyrəşdik. Ancaq tıxaclar dəhşətlidir. Mən hələ belə şey görməmişdim. Sürücülər qaydalara, zolaqlara, xətlərə əhəmiyyət vermir. Hər kəs qaydanı pozur. Bir sözlə, dəhşət. Buna görə də taksidən yararlanıram. Avtomobil sürə bilmərəm”.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2016-cı ildən “Qəbələ”də oynayır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri