17 
Noy
2017
15:05
44
69
2132
Virtual karabakh

UEFA nümayəndələri Bakıdadırlar - "Avro-2020"-yə görə + FOTO

17 Noy, 2017
15:05
2132

UEFA nümayəndələri Bakıdadırlar - "Avro-2020"-yə görə + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.

Oxu.Az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti "Avro-2020" Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Gillom Poysson və Fan Zonalar üzrə menecer Tomas Qloorla görüşüb.

UEFA nümayəndələrinə "Avro-2020" ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində "Avro-2020" zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.

Xatırladaq ki, "Avro-2020"-nin 4 oyunu (3 qrup, bir 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri