19 
Noy
2017
09:12
410
31
5186
Virtual karabakh

Azərbaycan gimnastı dünya çempionu oldu – VİDEO

19 Noy, 2017
09:12
5186

Azərbaycan gimnastı dünya çempionu oldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yarışda 5 idmançı ilə təmsil olunur.

Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır.

Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.

Respublika yarışda 5 idmançı ilə təmsil olunur. Turnirin son günü, noyabrın 19-da, daha iki idmançımız - 12 yaşlı Adil Hacızadə və 11 yaşlı Zeynəb Qasımlı yarışa qoşulacaqlar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri