19 
Noy
2017
17:38
316
53
25554
Virtual karabakh

Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu – FOTO

19 Noy, 2017
17:38
25554

Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premyer Liqanın lideri "Qarabağ"da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb.

Oxu.Az sportlife.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub. Elgün baş məşqçi Aftandil Hacıyevin ona şans verməməsindən hiddətlənərək heç kimə xəbərdarlıq etmədən düşərgədən ayrılıb.

Müdafiəçi artıq 2 həftədir ki, "Qarabağ"da deyil. Mənbənin bildirdiyinə görə, hadisədən xəbər tutan Qurban Qurbanov qəzəblənərək Uluxanovu bağışlamayacağını deyib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri