20 
Noy
2017
11:43
114
27
2326
Virtual karabakh

FIFA-nın prezidenti və baş katibi Azərbaycana gəlir

20 Noy, 2017
11:43
2326

FIFA-nın prezidenti və baş katibi Azərbaycana gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA prezidenti Canni İnfantino Azərbaycana səfər edəcək.

AFFA-dan Oxu.Az-a verilən məlumata görə, noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək.

Tədbirdə FIFA-nın prezidenti ilə yanaşı, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri