20 
Noy
2017
15:40
15
167
4447
Virtual karabakh

Məşhur tennisçi vəfat etdi

20 Noy, 2017
15:40
4447

Məşhur tennisçi vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiya tennisinin keçmiş ulduzu Yana Novotnı vəfat edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 49 yaşlı veteran uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Neçə vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkən Yana Nyu-York şəhərindəki klinikaların birində vəfat edib.

2005-ci ildə adı Tennisin Şərəf Zalına daxil edilən Novotnı karyerası ərzində Qadın Tennis Assosiasiyasının (WTA) turnirlərində 100 mükafat qazanıb. Bunlardan çoxu – 76-sı cütlərin mübarizəsində olub.

Novotnı 12 dəfə cütlərin, 4 dəfə qarışıq cütlərin yarışında “Böyük Dəbilqə” turnirinin qalibi adına yiyələnib. Çexiyalı karyerasının ən böyük uğurunu isə 1998-ci ildə fərdi yarışda Uimbldon turnirini qazanmaqla gerçəkləşdirib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri