21 
Noy
2017
11:14
113
37
14222
Virtual karabakh

Bakı Olimpiya Stadionu “Qarabağ” - “Çelsi" oyunu ilə bağlı azarkeşlərə müraciət etdi

21 Noy, 2017
11:14
14222

Bakı Olimpiya Stadionu “Qarabağ” - “Çelsi" oyunu ilə bağlı azarkeşlərə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Olimpiya Stadionu (BOS) sabah futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” və İngiltərənin “Çelsi” komandası arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.

Oxu.Az xəbər verir ki, BOS-un rəsmi “Facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib.

Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə tamaşaçılar üçün ayrılmış xüsusi avtobuslara getmək lazımdır.

Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.

Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri