21 
Noy
2017
13:20
104
28
6523
Virtual karabakh

Futbolçular "oturaq aksiya" keçirdilər – VİDEO

21 Noy, 2017
13:20
6523

Futbolçular "oturaq aksiya" keçirdilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiya çempionatının 17-ci turunun "Spartak" - "Borats" oyununda qalmaqal yaşanıb.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, matç zamanı hakimin "Borats"ın qapısına penalti təyin etməsinə futbolçular sərt etiraz ediblər. Buna görə iki oyunçunun qırmızı kart almasından sonra "Borats"ın futbolçuları meydanda oturaraq oynamaqdan imtina ediblər.

Sonradan oyun bərpa olunsa da, qonaq futbolçular özlərini "qeyri-adi" aparıblar. Məsələn, qapıçı topu hər dəfə tribunalara atıb.

Oyun "Spartak"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri