21 
Noy
2017
14:59
169
29
9627
Virtual karabakh

"Qarabağ" - "Çelsi" matçında açılacaq xoreoqrafiya – VİDEO

21 Noy, 2017
14:59
9627

"Qarabağ" - "Çelsi" matçında açılacaq xoreoqrafiya – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçında nəhəng xoreoqrafiya açılacağını xəbər vermişdik.

Oxu.Az Yeniçağ-a istinadən xəbər verir ki, artıq xoreoqrafiya hazırdır.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada açılacaq xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılacaq. Bundan başqa, klub rəhbərliyi ingiliscə mesaj verməyi də planlaşdırıb. 

Belə ki, xoreoqrafiyada “Far away from home but where you belong” sözləri yazılacaq. Yəni, “Evdən uzaq, amma aid olduğun yer”. Bu cümlə ilə də dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı veriləcək.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək qarşılaşmada xoreoqrafiya mərkəzi tribunada nümayiş olunacaq ki, bu da 20 min azarkeşi əhatə edəcək.

Xoreoqrafiyanın videosunu təqdim edirik:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri