22 
Noy
2017
12:08
121
44
5378
Virtual karabakh

Simeone: “Atletiko”nun ümidi “Qarabağ”a qalıb

22 Noy, 2017
12:08
5378

Simeone: “Atletiko”nun ümidi “Qarabağ”a qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Roma” ilə İtaliyada keçirdiyimiz oyundan sonra rəqib çox “artırıb”. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan İspaniya nəhəngi bu gün V tur çərçivəsində “Roma” ilə üz-üzə gələcək. Madridliləri növbəti mərhələ şansını davam etdirmək üçün “Vanda Metropolitano” stadionunda yalnız qələbə qane edir. Simeonenin komandası qarşıdakı iki görüşdə qələbə qazansa belə, 1/8 finala vəsiqə qazanıb-qazanmamağı “Qarabağ”dan asılı olacaq.

Ancaq argentinalı mütəxəssis Azərbaycan çempionunun çıxışı barədə düşünmədiklərini bildirib: “Roma”nın futbolçuları nə etdiklərini yaxşı bilirlər və bunun uğurlu yol olduğuna inanırlar. Qələbə qazandıqca özlərinə inamı daha da artır. Rəqibin heyətində Daniele De Rossi kimi təcrübəli futbolçu var. Hansı ki, bu vəziyyəti idarə edəcək səviyyədədir. Biz hazırda yalnız özümüz barədə düşünməliyik. Bundan sonra “Qarabağ”ın nəticəsinə baxmaq olar. Ümumiyyətlə, “Qarabağ”ın hansı nəticəni göstərməsindən asılı olmayaraq, öz oyunumuza köklənməliyik. Çox az vaxtımız qalıb. Həyatı gözəlləşdirən məqamlardan biri də bəzən gözlənilməz hadisələrin baş verməsidir. Biz də qarşıdakı iki matçda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, sona 2 tur qalmış “Atletiko” 3 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb. Lider “Roma”nın 8, “Çelsi”nin 7, “Qarabağ”ın isə aktivində 2 xal var. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri