22 
Noy
2017
17:36
346
19
5429
Virtual karabakh

Şenol Günəş “Qarabağ”-“Çelsi” oyununa gəlir

22 Noy, 2017
17:36
5429

Şenol Günəş “Qarabağ”-“Çelsi” oyununa gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Türkiyə çempionu “Beşiktaş”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Portu” klubu ilə ev oyunu zamanı Bakı Olimpiya Stadionunda İstanbul klubununun ağ-qara rənglərinin işıqlandırıldığını xəbər vermişdik.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, matç zamanı arenanın bayır divarlarında “Come to Beşiktaş” yazısı da qeyd olunmuşdu.

Bu barədə məlumat qardaş ölkə mətbuatında da işıqlandırılıb. Bu cür dəstək “Beşiktaş” tərəfindən cavabsız qalmayıb. Belə ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş həm BOS-un ağ-qara rənglərə boyanması, həm də buradakı “Beşiktaş” tərəfdarlarına təşəkkür etmək üçün Azərbaycana gəlir. 

“Beşiktaş”ın çalışdırıcısı bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İngiltərənin “Çelsi” klubu arasında məhz BOS-da keçiriləcək oyunu da canlı izləyəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri