22 
Noy
2017
22:49
78
430
13021
Virtual karabakh

''Qarabağ'' yenə ''Çelsi''yə məğlub oldu - VİDEO + FOTO

22 Noy, 2017
22:49
13021

''Qarabağ'' yenə ''Çelsi''yə məğlub oldu - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasında “Çelsi”ni qəbul edən “Qarabağ” cavab oyununda da ingilis klubuna məğlub olub.

Oxu.az xəbər verir ki, matç Qarabağ üçün heç də yaxşı başlamayıb. Belə ki, Portuqaliyadan olan baş hakim Manuel De Sousa matçın 19-cu dəqiqəsində ağdamlıların kapitanı Rəşad Sadıqova haqsız yerə qırmızı vərəqə göstərərək ''Qarabağ''ın qapısına penalti təyin edib. Eden Hazard zərbəni dəqiq yerinə yetirərək Çelsini önə çıxarıb. Oyunun 36-cı dəqiqəsində isə Willian ''Qarabağ''ın qapısından 2-ci topu keçirib. Matçın 72-ci dəqiqəsində portuqal hakim ''Qarabağ''ın müdafiəçisi Maksim Medvedevə sarı vərəqə göstərərək qapımıza növbəti penaltini təyin edib.

Sesk Fabreqas zərbəni dəqiqə yerinə yetirərək Çelsinin üstünlüyünü 3 topa çatdırıb. Matçın 85-ci dəqiqəsində isə Willian dubl edərək Çelsinin 0-4 hesablı qələbəsində son nöqtəni qoyub.

Beləliklə, ''Qarabağ'' bu nəticədən sonra 2 xalla qrup sonuncusu olaraq qalıb.

C.İ.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri