22 
Noy
2017
23:29
29
284
7724
Virtual karabakh

Kapitanın karyerasının ən ağır günü

22 Noy, 2017
23:29
7724

Kapitanın karyerasının ən ağır günü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” matçında hakim mübahisəli qərarları ilə yadda qaldı.

Oxu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, matçın 19-cu dəqiqəsində baş hakim Manuel De Souza Rəşad Sadıqovun Villianla ikili mübarizəsini qırmızı vərəqə və penalti kimi dəyərləndirib.Epizodun təkrarında isə aydın görünüb ki, Rəşad Villiana toxunmayıb, Villian özünü yerə atır.
Qeyd edək ki,  35 yaşlı müdafiəçi avrokuboklarda 90-cı matçını keçirib.  Yubileyində meydandan qovulan R. Sadıqov bununla da Çempionlar Liqasının qrupunu başa vurmuş olub. 

Xatırladaq ki, “Qarabağ”ın “Atletiko” ilə Bakıda oynadığı matça da hakim səhvi öz damğasını vurmuşdu. Fransız hakim Ruddi Bukenin səhv qərarına görə “Qarabağ” iki xal itirmişdi.

C.İ.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri