22 
Noy
2017
23:37
37
143
7950
Virtual karabakh

Antonio Konte: “Qarabağ” üçün belə şeylər vacibdir

22 Noy, 2017
23:37
7950

Antonio Konte: “Qarabağ” üçün belə şeylər vacibdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Komandamın oyunundan məmnunam. 

Oxu.Az Apasport.az saytına istinadan xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan London klubu 4:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis bu fikirləri səsləndirib: “Növbəti mərhələyə vəsiqə qazanıq. “Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rotasiyalar etmək imkanı yaradacaq”.

- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?

- Mənə görə, həmin vəziyyətlər haqda danışmaq çətindi. Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdı. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdı.

- Villianın çıxışından razı qaldınızmı?

- Mən adətən komanda haqda danışmağa üstünlük verirəm. Bu gün də rotasiya tətbiq edə bildim. Meydana çıxan oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Villianın 2 qol vurması özünəinam hissini bərpa etməsi üçün yaxşı haldı.

- “Qarabağ” azarkeşlərinin xoreoqrafiyasından nə başa düşdünüz?

- Futbolçular üçün bu cür atmosferdə oynamaq xoş haldı. Hiss olunur ki, futbola böyük həvəs var. Futbol ölkənizdə inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdı. Həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün belə şeylər vacibdi. Eyni zamanda, öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri