23 
Noy
2017
00:10
52
215
18887
Virtual karabakh

Qurban Qurbanov şübhəli penalti qərarından danışdı – VİDEO

23 Noy, 2017
00:10
18887

Qurban Qurbanov şübhəli penalti qərarından danışdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

90 dəqiqə ərzində yaxşı oyun göstərməyimizi istəyirdim. Amma qırmızı vərəqədən sonra azlıqda qaldıq və oyun istədiyimiz kimi getmədi. Azarkeşlərimizə görə üzüldüm. Bu qədər qırmızı vərəqə aldığımıza görə kimi qınamalı olduğumuzu bilmirəm. Biz həmişə intizamlı komanda olmuşuq. Bəzən belə hallar baş verir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox güclü komandaya qarşı oynasalar da, sona qədər çəkinmədilər. Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Bakı Olimpiya stadionunda “Çelsi”yə 4:0 hesablı məğlubiyyətdən sonra təşkil edilən mətbuat konfransı zamanı deyib.

“İlk penalti qərarında sonra futbolçulara bəzi tapşırıqlar vermək üçün onları yanıma çağırdım. Gördüm ki, hamısı şokdadır.  Birdən-birə hamısının ruhdan düşdüyünü hiss etdim. Çağırıb, motivasiya vermək istədim. Çünki o halda oynasaydılar, daha böyük hesab qeydə alına bilərdi.

Penalti epizodları haqda bir söz deyə bilmərəm. Amma onsuz da, qapımıza penalti təyin etmişdi. O anda qırmızı vərəqə həddindən artıq ağır qərar idi. Son vaxtlar bu məsələyə çox önəm verilir. Qırmızı vərəqəyə görə narazılığım var. Lakin biz hakimlərin qərarını heç vaxt dəyişə bilmərik. Sadəcə, mənə təsir edən odu ki, bizə, Azərbaycan futboluna, komandamıza, həqiqətən də, kiçik baxırlar? Ancaq “Çelsi”nin belə şeyə ehtiyacı yox idi. Onsuz da, onların gücü hər kəsə bəllidir. 

Biz ölkə olaraq, həmişə hər kəsə nümunə olmağa çalışmışıq. Öz davranışımız, əxlaqımızla hər kəsə göstərməliyik ki, idman prinsipləri belədir. Belə fikirlər söyləməsək, daha yaxşı olar. Bəlkə də, kiçik nüanslar var ki, biz onları görmürük. Oyunun epizodlarına baxdıqdan sonra daha dəqiq danışmaq olar. Özümüzü elə aparaq ki, bizə həmişə hörmətlə yanaşsınlar”, - Qurban Qurbanov deyib.

“Hər dəfə qırmızı vərəqə alanda öz fikirlərimi deyirəm. Komandamın yenə intizamlı olmasına çalışıram. Amma hamımız bilirik ki, futbol mübarizə oyunudur. Bu cür səviyyəli rəqiblərə ani məqamda uduzanda da sonu vərəqəyə gedib çıxır. Bu vərəqələrdən bəziləri şübhəli olub”, - deyə baş məşqçi yekunlaşdırıb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri