23 
Noy
2017
09:27
48
398
9920
Virtual karabakh

“Çelsi”nin futbolçusu: “Qarabağ”a dörddən çox qol vura bilərdik

23 Noy, 2017
09:27
9920

“Çelsi”nin futbolçusu: “Qarabağ”a dörddən çox qol vura bilərdik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Biz hər şeyi səliqəli etdik. Oyunun əvvəllərində rəqibə az qala fərqlənmək imkanı verdik".

Oxu.Az xəbər verir ki, bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar "Qarabağ"ı Bakıda 4:0 hesabı ilə yendikləri Çempionlar Liqasının qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib.

Belçikalı yarımmüdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi həmin fürsəti dəyərləndirsəydi, hər şey başqa cür ola bilərdi. Lakin Azarın fikrincə, komandası dörddən çox qol vurmalı idi: "Bu cür yaxşı oyunçularla çıxış etmək asandır. Şənbə günü "Liverpul"la böyük oyunumuz var. Buna görə yaxşı istirahət etməliyik. Qarşıdakı oyuna isə hazır olacağıq".

Qeyd edək ki, Eden Azar "Qarabağ"a 21-ci dəqiqədə penalti zərbəsi ilə qol vurub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri