23 
Noy
2017
12:39
68
420
20214
Virtual karabakh

İngilis mediası "Qarabağ"ı lağa qoydu – FOTO

23 Noy, 2017
12:39
20214

İngilis mediası "Qarabağ"ı lağa qoydu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngilis mediası "Qarabağ" futbol klubunu lağa qoyub.

Oxu.Az Milli.Az-a istinadən bildirir ki, məşhur ingilis saytı olan "The Sun" "Qarabağ"ın oyun günü planında futbolçuların adlarını tərcümə etməsini gülünc hesab edib.

Xəbərin başlığında yazılıb: ""Qarabağ" oyun günü planında "Çelsi"nin futbolçularının adlarını tərcümə etdi və gülməli vəziyyət yarandı".

Xəbəri yazan jurnalist bildirib ki, "Qarabağ"ın bu qəribə ideyası sosial şəbəkələrdə ingilislər tərəfindən ələ salınıb. İzləyicilər oyunçuların adlarının "Pro Evolution Soccer" oyunundakı kimi qəribə formada yazıldığını qeyd ediblər. Onlar Heri Kehill və Tibo Kurtuanın adlarının yazılışının gülünc olduğunu yazıblar.

Qeyd edək ki, ötən gün keçirilən "Qarabağ" - "Çelsi" matçı "Çelsi"nin 0:4 hesablı qələbəsi ilə başa çatıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri