23 
Noy
2017
22:58
35
214
8485
Virtual karabakh

Robinyoya doqquz il həbs cəzası verilib

23 Noy, 2017
22:58
8485

Robinyoya doqquz il həbs cəzası verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya yığmasının sabiq futbolçusu Robinyo Milan şəhər məhkəməsi tərəfindən qrup şəklində zorlamada iştiraka görə, qiyabi olaraq doqquz il azadlıqdan məhrum edilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, albaniyalı qız 2013-cü ildə Milanda gecə klublarının birində təcavüzə məruz qalıb. Cinayətdə həmin vaxt Milan klubunda oynayan Robinyodan başqa onun beş dostu da iştirak edib.

Qeyd edək ki, hazırda 33 yaşlı hücumçu Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edir. O, bu komandaya Çinin “Quançjou Everqrand” komandasından keçib. 

Futbolçu karyerası ərzində “Santos”, “Real”, “Milan”, “Mançester Siti” kimi komandaların formasını geyinib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri