Dek
2017
11:49
28
59
2299
Virtual karabakh

Qadın volleybolçularımızın rəqibləri məlum oldu

7 Dek, 2017
11:49
2299

Qadın volleybolçularımızın rəqibləri məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, mundialda mübarizə aparacaq Azərbaycan millisi ABŞ, Rusiya, Cənubi Koreya, Tayland və Trinidad və Tobaqo kollektivləri ilə birgə C qrupunda yer alıb.

Püşkün nəticəsi belə olub:

A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika

B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba

C qrupu: Azərbaycan, ABŞ, Rusiya, Cənubi Koreya, Tayland, Trinidad və Tobaqo

D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya

Qeyd edək ki, 2018-ci il dünya çempionatı Yaponiyanın 6 şəhərində - Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək. Yarış 29 sentyabr – 20 oktyabr tarixlərində baş tutacaq.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri