Dek
2017
16:44
389
37
5693
Virtual karabakh

Qurban Qurbanov: Həyat tərzində doğru yol tutanlar millidə olacaq

9 Dek, 2017
16:44
5693

Qurban Qurbanov: Həyat tərzində doğru yol tutanlar millidə olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci il çox ağır və yaddaqalan oldu. Çempionluq və ölkə kuboku öz yerində, azarkeşlər son iki ildə Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər, hətta demək olar ki, tələb edirdilər. Ağır mövsüm keçdi. Biz də ÇL-in qrupuna düşməyi bacardıq. Bu il çempion olduq, ölkə kubokunu qazandıq və ÇL-in qrupuna düşdük. Dekabrda Premyer Liqanı lider başa vurmağı istəyirdik və ili lider başa vurduq. Bu il son hədəfimiz isə ölkə kubokunda mərhələ adlamaqdır. Bu da baş versə, tam uğurlu olacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Qarabağ” və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Qafqazinfo nəşrinə müsahibəsində deyib.

Baş məşqçi bildirib ki, bəzən futbolçular, məşqçilər və rəhbərlik kiçik uğur qazananda rahatlaşır və “Gələn il qrupa düşməsək də, heç kimin heç nə deməz” düşünür. 

“Amma biz belə düşüncələrin qarşısını aldıq. ÇL-in qrupuna düşməyi bacardıq. Bütün “Qarabağ”ın rəhbərliyinə, futbolçularına və azarkeşlərinə təşəkkür edirəm. Uğurlar biz rahat etməli deyil. İlin məşqçisi mükafatı mənim məsuliyyətimi daha da artırır. Həqiqətən də bu ili uğurlu adlandırardım. Məni üzən iki böyükhseablı yenilgi oldu. “Çelsi”yə ev və səfər matçlarında uduzduq. İstəməzdim belə olsun. Amma real yanaşaraq komandaların gücünə baxsaq, futbolda belə hesablar olur. Bunu normal qarşılamaq olur. Azarkeşlərimizi belə məğlubiyyətlərə hazır etdik. İki komanda arasında matçda belə hesablar olur. Uğurlu il alındı”.

Səkkiz il ölkədə ən yaxşı baş məşqçi seçilən Qurban Qurbanov qeyd edib ki, heç vaxt ilin məşqçisi seçilmək arzusunda olmamışam. 

“Mənim üçün olmasın, azarkeş və komanda üçün olsun. Məni yaxşı tanıyırsınız. Düşüncələrim belədir. Bunun tərəfdarıyam. İlin məşqçisi seçilmək arzusunda olmamışam. Çıxışımda da unutdum, xahiş etmək istəyirdim ki, çox da mənim haqqımda yazılar, təriflər olmasını istəmirəm. İstəyirəm “Qarabağ”a və azarkeşlərə tərif olsun. İki xal və böyük komandaların Azərbaycana gəlməsi mənim üçün daha üstündür, nəinki ən yaxşı seçilməyim”.

Millinin heyətindən danışan baş məşqçi bildirib ki, Rauf Əliyev, İlqar Qurbanov və Rüfət Dadaşov kimi futbolçuların taleyi barədə hələ qərar verməyib:

“Futbolçuları tanıyırıq. Təxmini olsa da, potensiallarına bələdəm. Raufun nəyə qadir olduğunu bilirəm. Digərlərinin də həmçinin. Yanımda olmayan oyunçulara ola bilər ki, tam bələd olmayım. Mənə vaxt lazımdır. İlk toplantıdan sonra dəyişikliklər olacaq. Ola bilər ki, ilk toplanışa dəvət almayan bəzi oyunçular da olsun. Bu, milli komandadır. Mən nə qədər məsuliyyətli yanaşıramsa, futbolçu ikiqat yanaşmalıdır. Bakı kiçik şəhərdir, hər yerdən məlumatlıyıq. Futbolçuların hansı həyat yaşadıqlarını və harada olduqlarından məlumatlı oluruq. Kim harada olur, nə edir bilirik. Buna görə də yığmada məsuliyyətli insanlar olmalıdır. Təkcə futbolu düşünən və bununla nəfəs alan deyil, həyat tərzində doğru yol tutanlar millidə olacaq. Ola bilər ki, kimdənsə zəif və aşağı səviyyədə olsun, amma yetər ki, işində məsuliyyətli olsun. Problemli və bundan sonra problem yaşadacağı gözlənən futbolçuların yığmada olmasını istəməzdim. Hamı özünü yaxşı mənada hazırlamalıdır və milliyə hazır etməlidir”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri