10 
Dek
2017
21:30
36
170
3330
Virtual karabakh

ABŞ milli yığmasını Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verdi

10 Dek, 2017
21:30
3330

ABŞ milli yığmasını Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ milli yığmasını Cənubi Koreyanın  Phençhan şəhərində keçiriləcək Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verib.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə Fox News telekanalının efirində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məlumat verib.

Ona “Vaşinqton Koreya yarımadasında gərginliyin artmasına baxmayaraq, ABŞ yığmasını 2018-ci il Olimpiya oyunlarına göndərməklə bağlı qərar qəbul edibmi?” sualı verilib.

“Bəli, biz olimpiya yığmasını tam tərkibdə göndərməyə hazırlaşırıq”, - deyə diplomat cavab verib.

Xatırladaq ki, bir müddət öncə Heyli ABŞ yığmasının Phençhanda keçiriləcək Qış Olimpiya oyunlarına qatılmasının tövsiyyə olunması məsələsinin hələ açıq qaldığını bildirmişdi.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri