11 
Dek
2017
10:30
60
29
3461
Virtual karabakh

“Red Bull Car Park Drift”: Yaxın Şərqdə yeni atəş – VİDEO

11 Dek, 2017
10:30
3461

“Red Bull Car Park Drift”: Yaxın Şərqdə yeni atəş – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 8-də “Red Bull Car Park Drift”in ən yaxşısını müəyyən etmək üçün 15 qorxusuz sürücü Küveytə toplaşıb.

Oxu.Az xəbər verir ki, yarış Sirbb Circuit avtoidman trasında keçirilib.

Ən yaxşı drifterlər 2000 tamaşaçı qarşısında qalib adı üçün mübarizə aparıblar. 

Bildirək ki, driftinq - avtomobil ilə döngələri keçərək onu sürüşdürüb seçilmiş istiqamətə döndərmədir. İlk dəfə driftinq XX əsrin 60-cı illərində Yaponiyanın əyri-üyrü dağlıq yollarında yaranıb. 

Bir qrup həmfikir yarışmaçı kəskin döngələri dönərkən şinləri tutma həddini aşaraq trasda qələbə uğrunda yürüşə başlayıblar. 2005-ci ildə “Red Bull” şirkəti driftinq idman növünü inkişaf etdirməyə başlayıb və Yaxın Şərqdə onun atəşini yandırmağa qərar verib. Həmin atəş bu günə kimi alovlanır.  

Qeyd edək ki, “Red Bull Car Park Drift” avtoidman dünyasında üzrə ən nüfuzlu yarışlardan biridir. Hər il bu yarışlarda onlarla drifter iştirak edərək, tamaşaçılara avtomobillə ağlasığmaz tryuklar nümayiş etdirirlər. Nəticələrə görə ən yaxşı sürücü çempion titulu ilə təltif edilir. 

İlk dəfə bu yarış Livanda təşkil edilib. Bu tədbir driftinq həvəskarlarına və peşəkarlarına, tamaşaçıların diqqətini cəlb etməklə öz bacarıqlarını nümayiş etdirmək və tac uğrunda mübarizə aparmaq imkanı bəxş edib. 

“Red Bull Car Park Drift”in hakimlərindən biri, 10 il driftinqlə məşqul olunan Aleksanda Qrincuk keçirilən yarışın özəlliklərindən danışıb:

"Pilotlar yarışda avtomobillə sürüşmə etmək üçün arxa çəkən avtomobil alıb müəyyən dəyişikliklər edirlər. Avtomobil gözə çarpacaq dərəcədə yüngülləşdirilir, mühərrik və əyləc sistemi gücləndirilir. Qalan hər şey idmançılardan asılıdır, belə ki, hər kəs avtomobili özünə və proqramına uyğun seçir. Avtomobillərə "Bioetanol e 85" yanacaq vurulur. Drift 30-50 km/s sürətlə həyata keçirilir. Hər drifterin çıxışı təxminən 1,5-2 dəqiqə çəkir. 

“Car Park Drift” ənənəvi drift yarışlarından fərqlənir. Bu çempionat daha əlçatandır, daha möhtəşəmdir, təhlükəsizdir və  unikaldır. Ənənəvi drfit çempionatında avtomobil minimum 600 at gücündə olmalıdır, “Red Bull Car Park Drift”də isə 300 at gücü olan avtomobillərlə də perfomans göstərmək olar.

Yarış iki saat yarım keçirilir. Burada vacib olan avtomobili sürətli idarə etmək yox, onu sürüşdürməkdir.

Qalib 4 hakimin ən çox xal verdiyi şəxs olur. Xallar avtomobilin dizaynına, sürüşmə zamanı tüstü yaranmasına, yarış avtomobilinin səsboğucusundan eşidilən səsə və drifterin ayrı-ayrı döngələri keçmə peşəkarlığına görə verilir". 

Bu il Omandan olan Rafat Al Yahya “Nissan Sylvia” markalı avtomobillə 378 xal toplayaraq “Red Bull Car Park Drift”in qalibi olub. 

Bununla da Oman ardıcıl ikinci dəfə bu yarışı qalibiyyətlə başa vurub. Al Yahya “Driftin Kralı” adına layiq görülüb. Omanlı həyəcanını belə dilə gətirib: "Mən çox xoşbəxtəm ki, bu ilin “drif kralı” oldum, şadam ki, tac Omanda daha bir il qalacaq".

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri