12 
Dek
2017
14:44
100
49
1705
Virtual karabakh

Rusiya idmançıları Qış Olimpiya oyunlarında neytral bayraq altında çıxış edəcəklər

12 Dek, 2017
14:44
1705

Rusiya idmançıları Qış Olimpiya oyunlarında neytral bayraq altında çıxış edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Olimpiya Komitəsi (ROK) 2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya oyunlarında iştirak barədə qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, ROK-nin mətbuat xidmətinin rəhbəri Konstantin Vıbornov Rusiya idmançılarının yarışlarda neytral bayraq altında iştirak edəcəklərini bildirib. 

“Biz Olimpiya oyunlarına qatılmaq istəyən idmançılarımızı dəstəkləyirik, lakin yarışlarda iştirak etməməyə qərar verənlərin mövqelərinə də hörmətlə yanaşırıq. Biz bütün idmançılarımızla əməkdaşlığımızı davam etdirəcəyik və onlara dəstək olacağıq,” – deyə Vıbornov bildirib.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri