13 
Dek
2017
10:34
170
25
6691
Virtual karabakh

AFFA yeni baş məşqçilərin adlarını açıqladı

13 Dek, 2017
10:34
6691

AFFA yeni baş məşqçilərin adlarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yığmalarında yeni təyinatlar açıqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib.

U-20 və U-21 millisinə “Qarabağ”ın kapitanı, eləcə də, klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib.

Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib.

Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdır. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri