13 
Dek
2017
17:00
238
74
9364
Virtual karabakh

Ukraynalı “avtoş”: Bəzi azərbaycanlı sürücülər kamikadzedir – VİDEO

13 Dek, 2017
17:00
9364

Ukraynalı “avtoş”: Bəzi azərbaycanlı sürücülər kamikadzedir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MDB ölkələri üzrə ən peşəkar drifterlərdən biri, drift üzrə üçqat Ukrayna çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı, "Red Bull Car Park Drift 2017"-nin final yarışının hakimlərindən biri Aleksandr Qrinçuk avtoidmanın inkişafından danışıb.

Qrinçuk bildirib ki, driftə maraq onda “Need For Speed“ kompüter oyunu oynayaraq və “Forsaj 3 Tokiyo drift” filminə baxandan sonra yaranıb:

"İlk növbədə həmin səhnələrdə olan avtomaşınlara bənzəyən avtomobil aldım, sadəcə, görüntü üçün, sonra da bir qrup avtoidman həvəskarları yığışıb Ukraynada ilk drift yarışı keçirdik".

Qrinçuk bildirib ki, bu idman növü pul tələb edir. Əgər insanın  pulu azdırsa, lakin həvəsi varsa, bunu gerçəkləşdirə bilməz: “Avtoidman bir biznesdir, onun işləməsi üçün pul yatırmaq lazımdır. Drif avtoidman aləmində daha ucuz idman növünə aiddir. Klassik drift yarışlarında xərclər çoxalır, misal üçün, Rusiyada yarışlarda şinlərin eninin artması səbəbindən bəzi pilotlar yarışmadan imtina ediblər. Onlar, əlbəttə, "Car Park Drift"ə yollanacaqlar, buna səbəb isə avtomobili hazır vəziyyətə gətirməsi üçün nisbətən az pulun yatırılmasıdır". 

Tanımış avtoidmançı insanların driftə olan marağından danışıb: "Mənim üçün drift həyat tərzidir. Mən görməmişəm ki, insan avtomobillə uğurlu drift etsin, sonra da həvəsi ölsün. Bəziləri pul bitənə qədər driftlə məşğul olurlar, digərləri peşəkar avtoidmana yollanır. Drift o qədər maraqlı, qeyri-adi və mənzərəlidir ki, insanları cəlb edərək daha çox əyləncə verir.

Mən şəhər daxilində yürüş etməyin əleyhinəyəm, dəfələrlə məni küçələrə çıxarmaq istəyiblər, mən buna qarşı çıxmışam. Çünki şəhərdə drift etmək üçün tam şərait yoxdur, digər yol hərəkət iştirakçıları səndən o hərəkətləri gözləmirlər. Uşaqlar və yaşlı adamlar küçələrdə ola bilərlər və  drifter avtomobillə onları vura bilər. Küçələrdə drift etmək olmaz, avtomobili yalnız xüsusi yerlərdə sürüşdürmək olar. 

"Red Bull"un atleti Avropa və MBD ölkələri arasındakı avtoidmanın fərqindən söz açıb: “Avropada avtoidman tədbirləri çoxdur. Çox sayda idman trekləri, xüsusi avtomobillər, pilotlar var. Onlarda drift xırda bir yarışdır. Ukraynada bir trek var, 1970-ci ildə inşa edilib, lakin biz drifti avtomobil duracaqlarından keçiririk, bunun üçün həmin ərazilərdə infrastruktur quraşdırıb drift üçün yararlı edirik. Drift yarışının təşkilində güclü lider olmalıdır, həmin insan öz ətrafına 5-6 həmfikir pilot tapıb, onları birləşdirsə, iş gedəcək. Lakin ən azı dövlət avtoidman trekinin yaranmasına dəstək olmalıdır. 

Aleksandr Qrinçuk azərbaycanlı “avtoşlar” haqqında öz təəssüratlarını bölüşüb: “Azərbaycan avtomobil sürücüləri ilə Bakıda tanış olmuşam. Bir peşəkar idmançı kimi bilirəm ki, ön hissəsi yüklənmiş, qabağı qaldırılmış avtomobili sürmək olmur. Belə avtomobildə necə sürətlə getmək olar?! Onlar həyatından həddən çox bezmiş insanlardır, əsl kamikadzelərdir”. 

Qeyd edək ki, “Red Bull”un atleti olan Aleksandr Qrinçuk Azərbaycanda da bir sıra böyük tədbirlərdə iştirak edib. Belə ki, Bakıda keçirilən “Red Bull Racing Show Run” və “Volkicar” üzrə çempionatda öz bacarıqlarını nümayiş etdirərək həmyerlilərimiz tərəfindən sevilib.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri