15 
Dek
2017
09:22
61
17
1879
Virtual karabakh

Kubokda son yarımfinalçılar müəyyənləşir

15 Dek, 2017
09:22
1879

Kubokda son yarımfinalçılar müəyyənləşir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, mərhələnin son iki cavab oyunu həm də Azərbaycanda ilin son futbol matçları olacaq.

Çempionatın liderləri ikinci oyun günündə səfər qarşılaşmalarına çıxacaqlar. Öncə “Qəbələ” “Səbail”in qonağı olacaq. Roman Qriqorçukun yetirmələri ardıcıl qələbələr seriyasını səfərdə də davam etdirmək niyyətindədir. İlk oyunda doğma meydanda minimal hesabla qalib gələn “qırmızı-qaralar” səfərdə bu üstünlüyündən yararlanmağa çalışacaq. Bakılılar isə iddialı rəqibi dayandırmaqla tarixində ilk dəfə yarımfinala yüksəlmək üçün mübarizə aparacaq.

Son iki mövsümdə “Qızıl dubl”a imza atan “Qarabağ” titulunu qorumaq üçün “Sumqayıt” səddini keçməlidir. Evdə gözlənilmədən çətinliklə üzləşən Qurban Qurbanovun yetirmələrinin rəqib meydanına da favorit kimi çıxacağı heç kimdə şübhə doğurmur. Meydan sahibləri isə sensasiyaya imza atsa, ilk dəfə adını yarımfinalçılar siyahısına yazdıracaq.

Azərbaycan kuboku

1/4 final

Cavab oyunları

15 dekabr (cümə)

16:00. “Səbail” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

“Bayıl Arena”

İlk oyun – 0:1

19:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Asim Xudiyev

Sumqayıt şəhər stadionu

İlk oyun – 1:2

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri